Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Rusiyayatəqribən 98,2 milyon kVt/saat həcmində elektrik enerjisi ixracedilib.
Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən4,2 milyon ABŞ dolları olub.
Rusiyaya elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 55,4 milyon kVt/saat və ya 1,6 dəfə,dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud 1,9 dəfəazalıb.
Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində RusiyadanAzərbaycana 3,058 milyon ABŞ dolları dəyərində, 85,5 milyonkVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 616 min ABŞ dolları və ya 25,2%, həcm ifadəsində isə 1,8milyon kVt/saat və ya 6,6% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan vəİrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saatelektrik enerjisi idxal edib.