AZ

İran Azərbaycandan elektrik enerjisi alışını artırıb

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan İran İslamRespublikasına təqribən 34,453 milyon kVt/saat həcmində elektrikenerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bumiqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir təqribən979 min ABŞ dolları olub.

İrana elektrik enerjisi ixracı 2024-cü ilin eyni dövrü iləmüqayisədə həcm ifadəsi ilə 806 min kVt/saat və ya 2,4%, dəyərifadəsi ilə 23 min ABŞ dolları, yaxud 2,4% artıb.

Eyni zamanda, 2025-ci ilin ilk 11 ayı ərzində İrandanAzərbaycana 908 min ABŞ dolları dəyərində, 31,951 milyon kVt/saathəcmində elektrik enerjisi satılıb.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 10 min ABŞ dolları və ya 1,1%, həcm ifadəsində isə 380min kVt/saat və ya 1,2% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzindəAzərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran vəTürkiyəyə 69,7 milyon ABŞ dolları dəyərində, 1,221 milyard kVt/saathəcmində elektrik enerjisi ixrac edilib.

Həmçinin hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan vəİrandan 7,2 milyon ABŞ dolları dəyərində 167,5 milyon kVt/saatelektrik enerjisi idxal edib.

Məqalədə:
Seçilən
66
6
az.trend.az

8Mənbələr