Zaqatala, 13 yanvar, AZƏRTAC
Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.