AZ

Zaqatalada avtomobil aşdı - ÖLƏN VAR

Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə hafta.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
39
15
hafta.az

10Mənbələr