AZ

Zaqatalada ağır qəza: ölən var

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.

Sitat.info xəbər verir ki, qəza rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.

VAZ-21015 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
27
15
sitat.info

10Mənbələr