AZ

Zaqatalada maşın aşdı - Ölən və yaralanan var

Bu gün saat 13:00 radələrində Zaqatala rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, “VAZ-21015” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 54 yaşlı Seyfəddin Əhmədov ölüb, 36 yaşlı Şahsənəm Zamanova isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seçilən
44
15
redaktor.az

10Mənbələr