AZ

Bakıda avtomobil sərxoş piyadanı vurub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə yanvarın 6-da qeydə alınıb.

1987-ci il təvəllüdlü Süleymanov Toğrul Firdovsi oğlu idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Əmirov Kənan Şəmsəddin oğlunu vurub.

Məlumata görə, piyada aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Seçilən
98
3
teleqraf.com

7Mənbələr