AZ

Avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan 23 yaşlı gənci vuraraq öldürdü

Bakıda avtomobil asvaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, 1987-ci il təvəllüdlü Süleymanov Toğrul Firdovsi oğlu idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Əmirov Kənan Şəmsəddin oğlunu vurub.

Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
80
4
bakivaxti.az

7Mənbələr