AZ

Bakıda avtomobil gənci vuraraq öldürdü

Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Süleymanov Toğrul Firdovsi oğlu idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Əmirov Kənan Şəmsəddin oğlunu vurub.

Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Seçilən
92
4
metbuat.az

7Mənbələr