AZ

Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Süleymanov Toğrul Firdovsi oğlu idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məhəmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Əmirov Kənan Şəmsəddin oğlunu vurub.

Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
4
globalinfo.az

7Mənbələr