AZ

Kolumbiya Prezidenti BMT-ni Venesuela sərhədindəki vəziyyətlə bağlı toplantıya çağırmaq niyyətindədir

Bakı. Trend:

BMT üzvü kimi Təhlükəsizlik Şurasını çağırmaq üçün addımatacağıq.

Trend xəbərverir ki, bu barədə Kolumbiya prezidenti Gustavo Petro "X" sosialşəbəkə hesabında məlumat paylaşıb.

Kolumbiya Prezidenti bildirib ki, bu gün müzakirələrdən sonraKolumbiya-Venesuela sərhədinə təhlükəsizlik qüvvələriyerləşdirilib, mümkün kütləvi qaçqın axınına qarşı bütün humanitaryardım resursları səfərbər olunub.

Kolumbiyanın Venesueladakı səfirliyi vətəndaşlarınmüraciətlərini qəbul etmək üçün aktiv rejimə keçib. Prezidenthəmçinin vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimiKolumbiya bu məsələ ilə bağlı Şuranın toplantısını çağırmaqtəşəbbüsü göstərəcək.

Qeyd edək ki, Gustavo Petro "X" paylaşımında Venesueladabombalanmış ərazilərin siyahısını da təqdim edib. Lakin məlumatVenesuela höküməti tərəfindən hələ ki, təsdiqlənməyib.

Seçilən
114
50
az.trend.az

10Mənbələr