AZ

Bu ölkə Venesuela ilə sərhədə hərbi qüvvə göndərir

Kolumbiya Prezidenti Qustavo Petro qaçqınların mümkün kütləvi axını mümkünlüyünə qarşı Venesuela ilə sərhədə bütün mövcud ehtiyat qüvvələrinin cəlb olunacağını bəyan edib.

Publika.az Reporta istinadən xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Qaçqın axını ehtimalı ilə əlaqədar silahlı qüvvələr, eləcə də bütün mövcud resurslar sərhədə göndərilir", - Petro "X" sosial şəbəkəsində qeyd edib.

Onun sözlərinə görə, qərar Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul edilib.

"Milli Təhlükəsizlik Şurasının səhər saat 3-də başlayan iclasını yenicə başa vurduq", - prezident qeyd edib.

Seçilən
39
50
publika.az

10Mənbələr