Qaçqınların mümkün kütləvi axınına qarşı Venesuela ilə sərhədə bütün mövcud ehtiyat qüvvələri cəlb olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, qərar Milli Təhlükəsizlik Şurasının iclasından sonra qəbul edilib:
“Milli Təhlükəsizlik Şurasının səhər saat 3-də başlayan iclasını yenicə başa vurduq”.
O, həmçinin qeyd edib ki, Kolumbiyanın Venesueladakı səfirliyi fəal şəkildə işləyir və Venesuelada olan kolumbiyalıların müraciətlərinə cavab verir:
“BMT Təhlükəsizlik Şurasının üzvləri olaraq, biz Şuranın iclasını çağırmağa çalışırıq. Kolumbiya hökuməti Venesuelanın və Latın Amerikasının suverenliyinə qarşı təcavüzü rədd edir. Xalqlar arasında daxili münaqişələr xalqların özləri tərəfindən sülh yolu ilə həll olunur. Bu, Birləşmiş Millətlər Təşkilatı sisteminin əsasını təşkil edən xalqların öz müqəddəratını təyinetmə prinsipidir”, – Petro vurğulayıb.