AZ

Kolumbiya Venesuela vətəndaşlarının kütləvi axınına hazırlıq görür

Kolumbiyanın Sezar sərhəd departamenti Venesuela vətəndaşlarının mümkün kütləvi axınına hazırlıqlara başlayıb.

"Report"un xarici mətbuata istinadən məlumatına görə, bu barədə departamentin katibi Eduardo Eskivel bildirib.

"Şənbə günündən bəri bütün qurumların, departamentin səhiyyə idarəsinin və sərhəd bələdiyyələrinin səhiyyə orqanlarının iştirakı ilə birgə komandanlıq mərkəzi yaratmışıq, bu işi bazar və bazar ertəsi günləri davam etdirəcəyik", - o bildirib.

Qeyd olunur ki, Venesuela ilə həmsərhəd olan La-Pas, San-Dieqo və Manaure bələdiyyələrinə, eləcə də Aqusin-Kodassi, Beserril və Çiriquana bələdiyyələrinə xüsusi diqqət yetirilir.

Məmurun sözlərinə görə, hakimiyyət orqanları təhlükəsizlik məsələlərinə diqqət yetirir, buna görə də ordu və milli polis əməkdaşlarının bu ərazilərdəki sayını artırıb. Miqrasiya vəziyyəti sabit qalsa da, departamentin risklərin idarə edilməsi və humanitar yardım protokolları tətbiq olunub.

Seçilən
93
50
far.az

10Mənbələr