AZ

Zelenski: Müharibə  bu tarixdə başa çata bilər

Ukraynadakı müharibə 2026-cı ilin əvvəlində başa çata bilər, amma bunun baş verməsi üçün Rusiyaya təzyiq artırılmalıdır.

Ölkə.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski  deyib.
“Bir neçə dəqiqədən sonra sülhün gələcəyini demək üçün dünyadakı hər şeyi verərdim. Təəssüf ki, hələlik bunu edə bilmərəm, amma təmiz vicdanla deyə bilərik ki, Ukrayna sülh üçün əlindən gələni edir və etməyə davam edir”, - Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Rusiya müharibəni tez bir zamanda bitirə bilər, amma bunu etmək istəmir və buna görə də beynəlxalq ictimaiyyətin təzyiqinə ehtiyac var. “Müharibəni  dayandırmaq üçün  Rusiyanın neft tankerləri tamamilə dayanmalıdır. Ukraynanın əlindəki Tomahavklar isə əslində yalnız bir şeyi sübut edir: alternativsiz sülh yoxdur”, - o vurğulayıb.
Mürtəza

Seçilən
107
50
olke.az

10Mənbələr