AzVision.az xəbər verir ki, “The New York Times (NYT)” nəşrinin müxbiri Tayler Peycerin yazdığı məqalədə belə deyilir.
“Venesuela yaxınlığında yalnız “Ford” zərbə qrupunun deyil, həm də “İvodzima” amfibiya hücum gəmisi ətrafında yaradılmış ekspedisiya hücum qrupunun yerləşdirilməsi qeyri-ənənəvi narkotiklərlə mübarizə əməliyyatı kimi başlayan missiya üçün adi dəniz qüvvələrinin inanılmaz dərəcədə güclü birləşməsini təmsil edir”,- materialda vurğulanır.
Nəşr yazır ki, yerləşdirmə müddəti uzadılacağıhalda, Karib hövzəsinə göndərilən “Gerald R. Ford” təyyarədaşıyan gəmisi vaxtında texniki xidmət ala bilməyəcək və yerləşdirmənin ayrılmış vaxtdan daha uzadılması səbəbindən gəmidəki ekipaj depressiyaya düşəcək.
Xatırladaq ki, dekabrın 22-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun ələ keçirilən Venesuela tankerlərindən nefti saxlamaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu resurs satılacaq və ya strateji ehtiyatda saxlanılacaq.
Dekabrlın 23-də isə, “Wall Street Journal (WSJ)” nəşri ABŞ-nin Karib hövzəsinə təyyarə, qoşun və texnika yerləşdirdiyini bildirib. Bu addımınVaşinqtona regionda potensial hərbi əməliyyatlar üçün imkanlarını genişləndirməyə imkan verəcəyi vurğulanıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta