AZ

Netanyahu: "İran ballistik raket istehsalına yenidən başlayır"

İsrailin Baş naziri Benyamin Netanyahu İranın ballistik raket istehsalını bərpa etdiyini bəyan edib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail lideri "Fox News" telekanalına müsahibəsində bildirib.

Netanyahudan İranın ballistik raket və nüvə potensialını bərpa etməkdə nə qədər irəlilədiyini düşündüyü soruşulub.

"Hər iki sahədə onları əhəmiyyətli dərəcədə geriyə çəkilməyə məcbur etmişik, amma onlar yenidən cəhd göstərəcəklər", - deyə o bildirib.

Netanyahu iddia edib ki, İranın Fordodakı nüvə obyekti məhv edildikdən sonra Tehran nüvə proqramını digər obyektlərdə yenidən qurmağa çalışır.

Seçilən
169
50
far.az

10Mənbələr