AZ

Maskın bu paylaşımı gündəm oldu

"Tesla" şirkətinin qurucusu İlon Mask və ABŞ prezidenti Donald Tramp arasındakı buzlar əriyib.

Publika.az xəbər verir ki, Mask rəsmi "X" hesabında Donald və Melaniya Tramp cütlüyü ilə birlikdə şam yeməyi yeyərkən çəkilmiş fotolarını paylaşıb.

O, paylaşımına “Dünən axşam Donald Tramp və Melaniya Trampla gözəl bir şam yeməyi yedik. 2026-cı il möhtəşəm olacaq!” qeydini əlavə edib.

Ötən şənbə axşamı Florida ştatının Mar-a-Laqo şəhərində keçirilən tədbirdə çəkilən foto, ikilinin bir ildən çox davam edən gərginlikdən sonra yenidən yaxın dost olduqları barədə iddiaları gücləndirib.

Seçilən
140
50
publika.az

10Mənbələr