AZ

Ölkələr Amerika oxuna qayıdır və... - Netanyahu

ABŞ-ın Venesuela ilə bağlı qətiyyətli qərarı və hərəkəti üçün İsrail hökumətinin tam dəstəyini ifadə edirəm.

Azreform.info xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Latın Amerikasında tarixi bir dəyişikliyin şahidi oluruq - ölkələr Amerika oxuna qayıdır və İsrail ilə əlaqələrini yeniləyir”, - o bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Venesuelanın paytaxtı Karakasa zərbələr endirib. Xüsusi təyinatlı qüvvələr ölkə Prezidenti Maduro və həyat yoldaşını ələ keçirərək, ABŞ-a aparıb.(axar.az)

Seçilən
119
50
azreform.info

10Mənbələr