"Hərçənd mənə mütəmadi məlumat gəlir ki, Tehran yenidən hərəkətə keçmək, proqramı yenidən işə salmaq istəyir. Bu doğrudursa, onları əzməli, parçalamalıyıq".
![]() |
| Vitkofun müavini: "İranla danışıqlara hazırıq" |
Xatırladaq ki, ABŞ-nin İranla nüvə proqramı üzrə 2018-ci ildə dayandırdığı danışıqlar bu il mayın əvvəlində yenidən başlamışdı. Omanın vasitəçiliyi ilə keçirilən danışıqlar ABŞ və İran arasında son 8 il ərzində ən mühüm təmas kimi qiymətləndirilirdi. Halbuki İsrailin İran ərazisindəki nüvə obyektlərinə qarşı hücumu, ardınca ABŞ-nin də bu əməliyyata qoşulması və nəticədə meydana gələn 12 günlük (iyunun 13-dən 25-dək) müharibə bu danışıqları da sual altında qoyub.
Firudin Həmidli
AzVision.az
