AZ

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif edib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan səfiri Qismət Gözəlovu təltif edib.

Bu barədə "Far.Az"a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Q.Gözəlov Prezident Sərdar Berdiməhəmmədovun dekabrın 24-də imzaladığı sərəncamla "Türkmənistanın Tərəfsizliyinin 30 İllik" yubiley medalı və "Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik" xatirə gümüş nişanına layiq görülüb.

Bu gün Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları" adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov mükafatları Qismət Gözəlova təqdim edib.

Seçilən
49
4
far.az

10Mənbələr