AZ

Türkmənistan Prezidenti Azərbaycan səfirini təltif etdi – FOTO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan səfiri Qismət Gözəlovu təltif edib.

Paralel.az xəbər verir ki , bu barədə informasiyanı Azərbaycanın Türkmənistandakı səfirliyi yayıb.

Bildirilib ki, Q.Gözəlov Prezident Sərdar Berdiməhəmmədovun dekabrın 24-də imzaladığı sərəncamla "Türkmənistanın Tərəfsizliyinin 30 İllik" yubiley medalı və "Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik" xatirə gümüş nişanına layiq görülüb.

Bu gün Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları" adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov mükafatları Qismət Gözəlova təqdim edib.





Seçilən
26
4
paralel.az

10Mənbələr