
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan səfiri Qismət Gözəlovu təltif edib.
Bu barədə Missiya.Az-a Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, Q.Gözəlov Prezident Sərdar Berdiməhəmmədovun dekabrın 24-də imzaladığı sərəncamla "Türkmənistanın Tərəfsizliyinin 30 İllik" yubiley medalı və "Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik" xatirə gümüş nişanına layiq görülüb.
Bu gün Aşqabadda keçirilən "Beynəlxalq sülh və etimad ili: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları" adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov mükafatları Qismət Gözəlova təqdim edib.