Azərbaycan Respublikasının Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilib.
Azərbaycannın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Prezident Sərdar Berdiməhəmmədovun 2025-ci il 24 dekabr tarixli 613 nömrəli Sərəncamına əsasən, Qismət Gözəlov “Türkmənistanın Tərəfsizliyinin 30 İllik” yubiley medalı və “Türkmənistanın Daimi Tərəfsizliyinin 30 İllik” xatirə gümüş nişanı ilə təltif edilib. Bu gün Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad İli: Tərəfsiz Türkmənistanın qətiyyətli addımları” adlı konfransda Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov medalları Qismət Gözəlova təqdim edib.