AZ

Qroznıda AZAL-ın təyyarə qəzası qurbanlarının xatirə lövhəsi açılıb (FOTO)

Bakı. Trend:

Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri HeydərƏliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı–Qroznıreysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsussərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuşlövhənin açılış mərasimi keçirilib.

Azərbaycanın Moskvadakı səfirliyindən Trend-ə verilən məlumatagörə, mərasimdə ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyininrəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev,Çeçenistanın rəhbərinin və hökumətinin Administrasiyasının rəhbəriQalas Taymasxanov, respublikanın hökumət və parlamentnümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirakediblər.

Mərasimdə çıxış edən S.Rzayev xatirə lövhəsinin açılmasınınhəlak olanların xatirəsinə səmimi ehtiramın və insan həmrəyliyinintəzahürü olduğunu vurğulayıb.

Qeyd olunub ki, memorial lövhənin məhz Ramzan Kadırovuntapşırığı ilə 2017-ci ildə açılmış Heydər Əliyev adına parkdayerləşdirilməsi rəmzi xarakter daşıyır. Azərbaycan xalqınınÜmummilli Liderinin adı dövlətçilik, məsuliyyət və insanlara xidmətideyaları ilə ayrılmaz şəkildə bağlıdır.

S.Rzayev vurğulayıb ki, Azərbaycan və Çeçenistan xalqlarıarasında dostluq münasibətləri dərin tarixi, mədəni və mənəviköklərə malikdir, qarşılıqlı hörmət və dəstək üzərində qurulub. Obildirib ki, bu faciənin xatirəsi sülhün, insan həyatının vəxalqlar arasında etimadın qorunmasının vacibliyini daimxatırladacaq.

Mərasim iştirakçıları Çeçenistanın rəhbərliyinə və sakinlərinədiqqətə, mərhəmətə və həlak olanların xatirəsinə göstərilənehtiramlı münasibətə görə təşəkkür edərək bildiriblər ki, xatirəlövhəsi humanizm, həmrəylik və xalqlarımız arasında dostluğunrəmzinə çevriləcək.

Qroznıda
Qroznıda
Qroznıda
Seçilən
45
18
az.trend.az

10Mənbələr