AZ

Qroznıda AZAL təyyarəsində həlak olanların xatirəsinə memorial abidə ucaldıldı

Bu gün Qroznıda, Ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanda 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ucaldılmış memorial plitənin açılış mərasimi keçirilib.

Bu barədə Publika.az Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir.

Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, AZAL prezidenti Samir Rzayev, Rusiya Federasiyası Çeçenistan Respublikası hökumətinin rəhbəri Qalas Taymasxanov, Çeçenistan Respublikası hökuməti və parlamentinin nümayəndələri, eləcə də yerli Azərbaycan icması iştirak edib.

AZAL prezidenti Samir Rzayev mərasimdə çıxışı zamanı memorial plitənin ucaldılması qərarına görə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırova minnətdarlığını bildirib.

O qeyd edib ki, memorial plitənin Heydər Əliyev adına parkda ucaldılması dərin simvolik əhəmiyyətə malikdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı dövlətçilik və məsuliyyət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.

Seçilən
28
18
publika.az

10Mənbələr