AZ

“Elçin Ləmbəranski sosial şəbəkədə məni təhqir edənlərin hamısına “ürək” ifadəsi qoyur” Etibar Əliyev

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Sabiq deputat Etibar Əliyev bloqer Elçin Ləmbəranskinin izləyicilərini təhqir etməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

E.Əliyev Pravda.az-a açıqlamasında deyib ki, E.Ləmbəranski bloqer Mehman Hüseynovun onun haqqında paylaşdığı montaj videonu səhifəsinə qoyub.

"Həmin paylaşımda məni yüzdən çox təhqir edən söyüş, hətta valideynlərimi təhqir edən çox pis ifadələr var. O söyüşləri yazanların heç biri məni tanımır. Mən də yoxlayıram ki, bunlar “troll”durlar, ya yox. Onların yazdıqları ifadələrlə müqayisədə çox yüngül ifadələr yazıram. Sən nə məqsədlə Mehman Hüseynovun videosunu səhifənə qoyursan? Qadınlı-kişili elə təhqirlər yazırlar... Mən də onların dilində cavablar vermişəm.

Həqiqətən də, həmin profillər aktivdirsə, cavab verərlər. Beləcə, aşkar olunur ki, “troll”dur, ya deyil. Mehman Hüseynovun videosuna baxın, görün, mənim barəmdə nə təhqirlər var. Biri yazıb ki, it hürər, karvan keçər, digəri isə elə ifadə işlədib, dilimə gətirə bilmirəm. Bəs bunlara nə yazım? Deyin, mən də yazım. Belə şey olar?

Elçin Ləmbəranski də hamısına “ürək” ifadəsi qoyur. Sən niyə Mehman Hüseynovun yolunu gedirsən? Mən ziyalı adamam. Dəliyəm ki, durub kiməsə təhqir yazam? Saxtakardır...” - E.Əliyev bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
52
50
azpolitika.info

10Mənbələr