AZ

40 yaşında bacarıqsız birinin... Elçin Şıxlı sabiq nazirdən DANIŞDI

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İnsanları yaşına görə yox, bacarığına və iş qabiliyyətinə görə qiymətləndirmək lazımdır. Amma eyni zamanda gənclər üçün də yol açılmalıdır. Burada mən sağlam bir anlaşmaya üstünlük verərdim".Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib:O, bildirib ki, elə adam var ki, 40 yaşında olmasına baxmayaraq, nə bacarığı, nə də hansısa sahədən anlayışı var:"Amma elə adam da var ki, 70 yaşında olmasına baxmayaraq həm təfəkkürü gözəl, həm savadlı, həm də gördüyü işdə təcrübəli və bacarıqlıdır. Yəni, mən 40 yaşında boşboğaz və bacarıqsız birinin yerinə, 70 yaşında bacarıqlı və təcrübəli birinin qalmasını üstün tutardım. Hamıya eyni cür qiymət vermək düzgün deyil".Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov tutduğu vəzifədən azad edilib. Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
50
demokrat.az

10Mənbələr