Məşhur Ramaldanovlar ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanıb. Polkovnik Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər.
XəzərNews.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov qeyd edib.
O bildirib ki, qəza nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.
Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar:
“Komandirdən aldığım məlumata əsasən, mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək”.
Qeyd edək ki, bundan öncə qəza ilə bağlı FHN məlumat yaymışdı.
Xəbər 2 dəfə oxunub.