Azərbaycan Ordusunun ehtiyatda olan məşhur polkovniki Şair Ramaldanovun ailəsinə ağır itki üz verib.
"Yeni Sabah"ım xəbərinə görə, bunu ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.
O, sosial şəbəkə hesabında yazıb:
"Hərbçilər arasında məhşur Ramaldanovlar ailəsi kimi tanıdığınız və mənim döyüş komandirim olmuş Şair Ramaldanovun ailəsində bir neçə saat əvvəlböyük faciə yaşanmışdır. Ramaldanov qardaşlarından biri olan hörmətli polkovnik İlham Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər. Və nə qədər ağır olsa da bunu sizə bildirməliyəm ki, ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.
Bir qədər əvvəl mən baş vermiş faciə ilə əlaqədar əziz Şair müəllimlə danışdım və o faciənin baş verməsini təsdiqlədi. Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar.
Komandirdən aldığım məlumata əsasən mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək.
Bu qeydlərimi sizin diqqətinizə ona görə çatdırmağı özümə borc bilirəm ki, əziz komandirimiz Şair Ramaldanov və Silahlı Qüvvələrin tanınmış və hörmətli zabitlərindən biri olan polkovnik İlham Ramaldanovu bu ağır dəqiqələrdə tək buraxmayaq və onların dərdinə şərik olaq"
Telegram kanalımız