AZ

Polkovnik Ramaldanovun ailəsi qəzaya düşdü: qızı həlak oldu – TƏCİLİ

Məşhur Ramaldanovlar ailəsində bir neçə saat əvvəl böyük faciə yaşanıb. Polkovnik Şair Ramaldanovun qardaşı, polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər.

Globalinfo.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov qeyd edib.

O bildirib ki, qəza nəticəsində ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.

Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar:

“Komandirdən aldığım məlumata əsasən, mərhumların nəşi gecə saatlarında Bakıya gətiriləcək və sabah paytaxtda dəfn ediləcək”.

Qeyd edək ki, bundan öncə qəza ilə bağlı FHN məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, KİA markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Seçilən
35
4
editor.az

10Mənbələr