AZ

Şair Ramaldanovun ailəsində faciə: 2 nəfər öldü, 4 yaralı var

Ehtiyatda olan polkovnik Şair Ramaldanovun ailəsində bir neçə saat əvvəl böyük faciə baş verib.

"Cebheinfo.az" xəbər verir ki,  bu barədə hərbi ekspert Üzeyir Cəfərov məlumat verib. 

O bildirib ki, Ramaldanov qardaşlarından biri olan polkovnik Elman Ramaldanovun ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər.

Ailənin 36 yaşlı üzvü, polkovnikin qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən biri olan 43 yaşlı Cəmilə  Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər:

"Bir qədər əvvəl mən baş vermiş faciə ilə əlaqədar əziz Şair müəllimlə danışdım və o faciənin baş verməsini təsdiqlədi. Ailə üzvlərindən daha 4 nəfəri müxtəlif bədən xəsarətləri alıblar. 

Seçilən
19
11
cebheinfo.az

10Mənbələr