GƏNCƏ, 11 dekabr. TELEQRAF
Gəncədə qadın yaşadığı binanın ikinci mərtəbəsindən yıxılaraq xəsarət alıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki,1983-cü il təvəllüdlü Sevinc Hüseynova yaşadığı evin ikinci mərtəbəsində paltar asarkən yıxılıb. Müxtəlif bədən xəsarətləri alan qadının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.