BAKI, 9 dekabr. TELEQRAF
Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, partlayışın baş verdiyi villanın sahibi TəyyarBağırovdur.
TəyyarBağırov DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi SəhlabBağırovun qardaşıdır.
Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
