Teleqraf-ıəldə etdiyi məlumata görə, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.

Təyyar Bağırov DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi, general-mayor Səhlab Bağırovun qardaşıdır.

Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.