Ajans.az xəbər verir ki, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur. Təyyar Bağırov hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxsin qardaşıdır. Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.(Teleqraf.az)