AZ

Bakıda partlayışın baş verdiyi villa Səhlab Bağırovun qardaşının imiş - FOTOLAR

Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.

"Cebheinfo.az" xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.

Təyyar Bağırov DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Təyinatlı Təlim Mərkəzinin rəisi, general-mayor Səhlab Bağırovun qardaşıdır.

Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
45
9
cebheinfo.az

10Mənbələr