AZ

Uşakov sızdırılmış telefon danışığı ilə bağlı bəyanat yaydı

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla telefon danışığının sızdırılması ilə bağlı açıqlama verib.

Publika.az "Reuters"ə istinadən xəbər verir ki, Uşakov bu hadisəni qəbuledilməz qiymətləndirib.

O, jurnalistlərin məsələ ilə bağlı sualına "Uitkoffla birlikdə telefonla fikir mübadiləsi aparacağıq" cavabını verib.

Uşakov həmçinin sızdırılan məlumatların bəzilərinin "saxta" olduğunu və zəng məxfi olduğu üçün ətraflı şərh verə bilməyəcəyini qeyd edib.

Seçilən
93
14
publika.az

10Mənbələr