AZ

Uşakov Uitkoffla danışığının stenoqramının sızdırılmasına münasibət bildirib

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla telefon danışığı ilə bağlı xarici mediada yayılan xəbərlərə münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Uşakov kiminsə bu cür danışıqların məzmununu sızdırdığını bildirib.

“Mən Uitkoffla tez-tez danışıram, amma danışıqların mahiyyəti qapalı xarakter daşıyır. Ona görə də danışıqlar barədə şərh vermirəm. Heç kim şərh verməməlidir. Kimsə sızdırır, kimsə qulaq asır. Amma bu biz deyilik”, - Putinin köməkçisi vurğulayıb.

Qeyd edək ki, “Bloomberg“ Uşakovla Uitkoff arasında telefon danışığının stenoqramını dərc edib. Həmin danışıq zamanı Ağ Ev və Kreml rəsmilərinin Ukrayna ilə bağlı planın hazırlığını müzakirə etdiyi qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
14
azpolitika.info

10Mənbələr