AZ

Ukrayna xəyanətə uğradı? - Uitkoffla Yuri İşakov arasındakı telefon danışığı sızdırılıb

ABŞ dövlət başçısı Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffla Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov arasındakı telefon danışığı ilə bağlı əhəmiyyətli iddialar irəli sürüb.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, 14 oktyabr tarixli telefon danışığında Uitkoff Uşakova müraciətində bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evə gəlməzdən əvvəl Rusiya dövlət başçısı Vladimir Putin və Tramp telefonda danışsınlar.

“Uitkoff Putinin zəngə Trampın sülh səylərini tərifləməklə, Ağ Ev rəhbərinə hörmətini ifadə etməklə başlamasını təklif edib. Bundan əlavə Uitkoff Uşakova Qəzza üçün 20 maddəlik plan hazırlamışıq deyib. Düşünürəm ki, bəlkə də sizinlə də eyni şeyi edə bilərik”, - deyə vurğulanıb.

Qeyd olunub ki, 14 oktyabrda baş tutan bu söhbətdən sonra Tramp və Putin 16 oktyabrda, Tramp və Zelenski isə 17 oktyabrda telefon danışığı aparıblar. O dövrdə Ukraynaya planlaşdırılan Tomaqavk raketləri və digər silah yardımı qəfildən təxirə salınır. Daha sonra isə Tramp Ukraynaya təzyiq siyasətinə qayıdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
65
14
missiya.az

10Mənbələr