AZ

Baş prokuror Rumıniyada işğüzar səfərdədir

BAKI, 23 noyabr. TELEQRAF

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Buxarestdə işğüzar səfərdədir.

Bu barədə Teleqraf-a Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində 23 noyabrda nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib.

Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.

Səfər çərçivəsində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək, səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanaraq, ölkələr arasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” kitabları səfirliyin kitabxanasına hədiyyə olunub.

Seçilən
40
5
teleqraf.com

8Mənbələr