Bakı. Trend:
Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə AzərbaycanRespublikasının Baş prokuroru Kəmran Əliyevin rəhbərlik etdiyinümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir.
Bu barədə Trend-əAzərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin Mətbuatxidmətindən bildirilib.
Səfər çərçivəsində 23 noyabrda nümayəndə heyəti Buxarestşəhərində Tey Parkında ucaldılmış Azərbaycan xalqının ümummillilideri Heydər Əliyevin büstünü ziyarət edib.
Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yadolunub, büstün önünə əklil və güllər düzülüb.
Səfər çərçivəsində Baş prokuror Kəmran Əliyevin rəhbərlik etdiyinümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək,səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanaraq, ölkələrarasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsiperspektivləri barədə fikir mübadiləsi aparıb. AzərbaycanRespublikasının Baş Prokurorluğu tərəfindən dərc edilən “QarabağAzərbaycandır” kitabları səfirliyin kitabxanasına hədiyyəolunub.