AZ

Baş prokuror Rumıniyada işğüzar səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Buxarestdə işğüzar səfərdədir.

Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində 23 noyabrda nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib.

Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.

Seçilən
18
2
publika.az

3Mənbələr