AZ

Baş prokuror Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir

Buxarest, 23 noyabr, AZƏRTAC

Rumıniyalı həmkarı Aleks Florentsanın dəvəti ilə Azərbaycanın Baş prokuroru Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Buxarestdə işğüzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində noyabrın 23-də nümayəndə heyəti Buxarest şəhərinin Tey Parkında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edib. Ziyarət zamanı Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, büstün önünə əklil və güllər düzülüb.

Səfər çərçivəsində Baş prokuror Kəmran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək, diplomatlarımızla görüşüb, onların iş şəraiti ilə maraqlanaraq, ölkələr arasında müxtəlif səhələrdə əlaqələrin gücləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən hazırlanan “Qarabağ Azərbaycandır” kitabı səfirliyin kitabxanasına hədiyyə olunub.

 
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Seçilən
15
5
azertag.az

6Mənbələr