Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ucarda yol qəzası olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsindı qeydə alınıb.
Hərəkətdə olan "Hyundai Elantra" markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.