AZ

Ucarda traktorla maşın toqquşdu: xəsarət alanlar var

Ucarda yol qəzası olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Hunday Elantra” markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Seçilən
32
10
nocomment.az

10Mənbələr