AZ

Ucarda traktorla maşın toqquşub - FOTO

Ucarda yol qəzası olub.

Bakıvaxtı.az-ın apa-ya istinadla xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

    Hərəkətdə olan "Hyundai Elantra" markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır.

    Seçilən
    29
    10
    bakivaxti.az

    10Mənbələr