AZ

Ucarda traktorla maşın toqquşub, xəsarət alanlar var - FOTO

Ucarda yol qəzası olub.

7News.Az APA-nın yerli bürosuna istinadən, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
  
Hərəkətdə olan "Hyundai Elantra" markalı minik maşını ilə traktor toqquşub. Hadisə zamanı Ucar rayon sakini, 1964-cü il təvəllüdlü Zöhrab Sabir oğlu Hacıyev və Saatlı rayon sakini, 1993-cü il təvəllüdlü Dursun Rövşən oğlu Əhmədov müxtəlif xəsarətlərlə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hüquq- mühafizə orqanları hadisə yerində araşdırma aparır.
Seçilən
29
10
7news.az

10Mənbələr