AZ

Roberto Mançini - “Əl-Sədd”in yeni baş məşqçisi! - ARENA.AZ

Futbol üzrə İtaliya millisinin sabiq çalışdrıcısı Roberto Mançini Qətərin “Əl-Sədd” komandasına baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

60 yaşlı italiyalı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır. Amma İtaliya mətbuatının yazdığına görə, Mançini yeni klubunda illik 5 milyon avro qazanacaq. Tərəflər arasındakı əməkdaşlıq uğurlu alınarsa, bu məbləğ 8 milyon avroya qədər arta bilər.

Roberto Mançini məşqçilik karyerası ərzində “Fiorentina”, “Latsio” və “İnter”, “Mançester Siti”, “Qalatasaray” və “Zenit” (Sankt-Peterburq) komandalarını da çalışdırıb. O, İtaliya və Səudiyyə Ərəbistanı yığmalarında da baş məşqçilik edib.

İtalyan mütəxəssis güclü təşkilati bacarığı, meydanda və meydandan kənarda futbol ab-havasını tənzimləyə bilmək qabiliyyəti ilə səciyyəvidir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
30
22
arena.az

10Mənbələr