AZ

Qunnlauqsson: “Azərbaycan yığması düz yoldadır” - ARENA.AZ

Futbol üzrə İslandiya yığmasının baş məşqçisi Arnar Qunnlauqsson Azərbaycan millisinə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıdakı görüşündə islandlar 2:0 hesablı qələbəyə seviniblər.

Arnar Qunnlauqsson matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Amma yaxşı nəticə qazandıq. Birinci hissədə komandam yaxşı çıxış etdi və istədiyimizi əldə etdik. Fasilədən sonra Azərbaycan yığması daha yaxşı idi. Amma qapımızdan qol buraxmadıq və lazım olan nəticəni qazandıq.

Azərbaycan millisi ilk oyunla müqayisədə daha intensiv idilər. Fiziki cəhətdən yaxşı idilər. Hiss olunurdu ki, komanda artırıb. İkinci hissədə başlanğıcı birinci hissədə gözləyirdim. Lakin bəlkə də bu bizim komandamızın ilk hissədəki çıxışı ilə əlaqədardır ki, bunu göstərə bilmədilər. Rəqib 0:2 geri düşdükdən sonra azarkeşləri qarşısında təzyiqi artırdılar. Öz komandam da bunlara yaxşı reaksiya verdi. Azərbaycan millisi ilk oyundakı kimi, eyni sistemdə oynayır. Sadəcə, indi daha yaxşı strukturlu idi. Komanda düz, yaxşı yoldadır. Cavanlar da şans qazanırlar. Ukrayna millisinə qarşı görüşdə də xal qazana bilərdilər. İlk qələbə qazanmaq şans məsələsidir. Yaxın zamanda lazımı nəticələr gələcək”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
16
22
arena.az

10Mənbələr